Zəlzələnin episentri Ağdamda - 6 bal
Ölçü:


Bor qədər əvvəl - saat 23:50 radələrində  Azərbaycanın Mərkəzi Aran zonasında baş verən zəlzələnin episentri Ağdamda qeydə alınıb.

Koordinat.az xəbər verir ki, yeraltı təkanlar əsasən Ağdam, Bərdə, Tərtər zonasında 5,1 bal gücündə, bir qədər zəif titrəyişlər Goranboy, Mingəçevir və Gəncə zonasında,
habelə Kürdəmir, Ucar, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunub.

Zəlzələ ocağının Bərdə şəhərindən 23 kilometr aralıda, 9.7 kilometr dərinlikdə yerləşdiyi deyilir.

Bölgədən verilən məlumatda əhalinin təşviş içərisində olduğu bildirilir. Xüsusilə Ağdam və Bərdədə qəfil yeraltı titrəyiş insanları qorxutduğundan hər kəs evləri bir anlıq olsa da, tərk etmək məcburiyyətində qalıb.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı dağıntı və tələfat qeydə alınmayıb.
16.11.2017 00:35:43
Oxuma sayı: 1385