Təhsil işçilərinin əksəriyyəti 3-cü dozanı vurdurub - RƏSMİ
Ölçü:


“Orta məktəb müəllimlərinin böyük əksəriyyəti koronavirus əleyhinə iki doza vaksin qəbul edib".

Koordinat.az
xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev danışıb. O qeyd edib ki, hazırda təhsil işçilərinin vaksinasiya prosesində iştirakı davam edir: "Yeni statistik rəqəmlər hələlik məlum olmasa da, təhsil işçilərinin buster doza ilə peyvəndlənməsi vəziyyəti kifayət qədər yaxşıdır. Təhsil işçilərinin böyük əksəriyyəti artıq üçüncü dozanı qəbul ediblər, bir çoxu da koronavirusa yoluxduğundan onlarda immunitet formalaşıb”.

04.02.2022 15:56:00
Oxuma sayı: 13527