DİM buraxılış imtahanları ilə bağlı təklifə "YOX" dedi
Ölçü:

“Ali məktəblərə qəbul və buraxılış imtahanları kütləvi olduğu üçün ümumrespublika üzrə tədbirləri nəzərə alıb qrafiki müəyyən edirik”.

Koordinat.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nərminə Bayramova deyib. Onun sözlərinə görə, 12 mart tarixində buraxılışla yanaşı SAT imtahanı da keçiriləcək.

“Amma SAT imtahanı kütləvi imtahan deyil ki, günləri nəzərə alaq. DİM maksimum dərəcədə daxil olan müraciətləri nəzərə alır. Bu gün də bir neçə ərizə daxil olub. Vətəndaşlar özləri bunu müəyyən etməlidilər ki, hansı imtahanda iştirak etmək istəyirlər, attestasiya imtahanında, yoxsa beynəlxalq imtahanda. Sonradan bu müraciətlərə fərdi şəkildə baxıla bilər. Təkrar buraxılış imtahanları üçün vətəndaşlara şərait yaradırıq ki, hüquqlarını təmin edək”, - deyə DİM rəsmisi buraxılış və SAT imtahanlarının vaxtının eyni günə salınmaması barədə təkliflərə cavab olaraq bildirib.
25.01.2022 17:10:00
Oxuma sayı: 13595