Əhalinin banklardakı 9 milyard manat pulu var
Ölçü:


Əhalinin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla)
dekabrda əvvəlki ayla müqayisədə 1.7 faiz (151.5 milyon manat), ötən ilin müvafiq
dövrünə nəzərən isə 12.3 faiz (987.8 milyon manat) artıb. Hazırda əhalinin banklardakə əmanətlərinin ümumi məbləği 9 milyard 32 milyon 400 min manat təşkil
edib ki, bu da tarixi maksimumdur.

Mərkəzi Bankdan Koordinat.az-a verilən məlumata görə, əmanət portfelinin 59.1%-i (5,339 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 9.8 faiz bəndi
azalaraq 41% təşkil edib.
24.01.2022 14:23:00
Oxuma sayı: 14544