Nazirlik rəsmisi müsabiqə qalmaqalın aydınlıq gətirdi
Ölçü:


Təhsil Nazirliyi "Düşünən oxucu" müsabiqəsi ilə bağlı qalmaqala münasibət bildirib.

Koordinat.az-ın məlumatına görə, nazirliyin mətbuat katibi Cəsarət Valehov "Facebook" səhifəsində qeyd edib ki, bütün şagirdlərin müsabiqədə iştirakını təmin etmək məqsədilə məktəb kitabxanalarına son 3 ildə verilmiş əsərlər siyahıya salınıb. Onun sözlərinə görə, son illər ərzində Təhsil Nazirliyi məktəb kitabxanalarını şagirdlərin yaşına uyğun oxu ədəbiyyatı ilə təmin edir: "Bu zaman yerli nəşriyyatlar tərəfindən hazırlanmış və geniş oxucu kütləsi qazanmış ədəbiyyat nümunələri seçilir. “Düşünən oxucu” müsabiqəsi yerli nəşriyyatlarla birgə keçirilən müsabiqədir. Bütün şagirdlərin müsabiqədə iştirakını təmin etmək məqsədilə məhz məktəb kitabxanalarına son 3 ildə verilmiş əsərlər siyahıya salınmışdır. Azərbaycan ədəbiyyatı məktəblərdə geniş tədris olunur. Bu müsabiqənin “Oxu ədəbiyyatı siyahısı”na salınmış əsərlər isə məktəb proqaramında yer almayan əsərlərdir. Burada həm klassik dünya ədəbiyyatından, həm də müasir ədəbiyyatdan nümunələr vardır”.

Qeyd edək ki, Təhsil Nazirliyinin "Düşünən oxucu" müsabiqəsi qalmaqal yaradıb. Müsabiqəyə daxil edilən əsərlərin siyahısı yazıçı və şairlərin tənqidinə səbəb olub.

21.01.2022 13:36:00
Oxuma sayı: 606