Şuşa və Ağdama müntəzəm avtobus reyləri açılır
Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.
Koordinat.az xəbər verir ki, ilkin mərhələdə Şuşa və Ağdama reyslər üçün şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa- Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə- Ağdam- Bərdədir.
"Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur", - məlumatda deyilir.

17.01.2022 13:31:00
Oxuma sayı: 471