Taksi sürücüsü saxta 100-lüklə benzin alarkən saxlanıldı - Xırdalanda
Ölçü:

Yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əskinas verən şəxs saxlanılıb.

Koordinat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.

Hazırda araşdırma aparılır.


17.01.2022 11:58:00
Oxuma sayı: 479