Daha bir erməni yolu azaraq Azərbaycan tərəfə keçib
Ölçü:


Rusiya sülhməramlılarının nəzarətində olan Laçın şəhərində məskunlaşmış mülki erməni “sakin” yanvarın 14-də azaraq, Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə keçib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, 69 yaşlı erməninin psixi sağlamlığında problemlər var.

1953-cü il təvəllüdlü Andranik Aleksanyanın geri qaytarılması üçün tədbirlər görüldüyü bildirilir.

“Hadisə barədə dərhal Rusiya sülhməramlılarına məlumat verilib. Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, - məlumatda deyilir.

Xatırladaq ki, dünən Zəngəzur bölgəsində yolu azaraq Azərbaycana keçmiş bir mülki erməni Ermənistan tərəfinə təhvil verilib.
14.01.2022 17:10:00
Oxuma sayı: 154