Ermənistan Türkiyə ilə danışıqlardan razıdır
Ölçü:

Ermənistan Xarici İşlər Nazirliyi ( XİN) Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.

Koordinat.az
xəbər verir ki, tərəflər bəzi məsələləri müzakirə ediblər.

“Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”,- bəyanatda deyilir.
14.01.2022 16:35:00
Oxuma sayı: 5864