Lavrov erməni jurnalisti pərt elədi
Ölçü:

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstana yeridilməsi ilə bağlı Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm".
 
Koordinat.az
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən  erməni jurnalistin sualını cavablandırarkən bildirib. O, erməni jurnalistin yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində, Kəlbəcər istiqamətində baş verənlərin Ermənistan hərbçilərinin KTMT çərçivəsində Qazaxıstana göndərilməsi ilə əlaqəli olmasına dair təxribatçı sualına Rusiya XİN başçısı belə cavab verib: “Nə Bakının, nə də Ankaranın KTMT kontingentini ilə bağlı əsəbi reaksiyasını görmüşəm. Bu ölkələrin rəsmi şəxslərinin də əsəbi reaksiyasını görməmişik. Ancaq Ərdoğanın müşavirlərindən birinin Rusiyanın addımını pislədiyi barədə məlumat var. Bu barədə Türkiyədən olan həmkarlarımıza bildirmişik. Amma Azərbaycan rəsmilərinin əsəbi reaksiyasını görməmişik”.
14.01.2022 14:55:00
Oxuma sayı: 154