"Azəriqaz" smart-kart tipli sayğaclardan imtina edəcək
Ölçü:

Yaxın bir neçə il ərzində "Azəriqaz" İstehsalat Birliyi əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq.

Koordinat.az
-ın məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. Onun sözlərinə görə, "Azəriqaz" hələ smart-kart tipli sayğaclardan imtina etməyib və 2022-ci ildə 80 min bu tipli sayğacın alınması nəzərdə tutulub: "Yaxın gələcəkdə, növbəti bir-iki ilə artıq smart-kart tipli sayğacların alınmasını dayandıracağıq".

Qeyd edək ki, "Azəriqaz" sonradan ödənişli smart qurğularla təmin olunmuş mexaniki sayğacların quraşdırılmasına başlayıb. Məhz bu sayğaclar artıq smart-tipli sayğaclar sayılır.
14.01.2022 14:14:00
Oxuma sayı: 508