"Azəriqaz" 1000-dək işçisinə töhmət verib
Ölçü:

2021-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.

Koordinat.az
-ın məlumatına görə, bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

"Töhmət almış işçilərdən 125-nə sonuncu xəbərdarlıq edilib, 220-nin əmək haqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər isə işdən çıxarılıb", - deyə o, qeyd edib.
14.01.2022 12:41:00
Oxuma sayı: 336