Özbəkistan liderindən Lukaşenko sərt cavab
Ölçü:


"Özbəkistan istənilən təhlükəyə adekvat cavab vermək üçün bütün lazımi potensiala və gücə malikdir".

Koordinat.az
xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev belaruslu həmkarı Aleksandr Lukaşenkonun çağırışına cavab olaraq bildirib.

Lukaşenko yanvarın 10-da KTMT ölkələrinin dövlət başçılarının fövqəladə sammitində çıxışı zamanı deyib ki, Özbəkistan Qazaxıstanda baş verənlərdən dərs götürməlidir.

Özbəkistan liderinin belaruslu həmkarına cavabı çox yubanmayıb. O, Lukaşenkoya açıq və qəti cavab verib.

"Bu günlərdə bəzi dövlətlərin rəhbərləri əsassız bəyanatlar verir ki, Özbəkistan Qazaxıstanda baş verən hadisələrdən dərs götürməlidir. Biz regiondakı vəziyyəti və bütün təhlükəsizlik təhdidlərini diqqətlə izləyirik. İstənilən təhlükə və təhdidə layiqincə cavab vermək üçün kifayət qədər gücümüz və potensialımız var”, - deyə Mirziyoyev cümə axşamı Təhlükəsizlik Şurasının iclasında bildirib.

 
13.01.2022 22:38:00
Oxuma sayı: 3779