ATƏT sədri Donbasa gedəcək
Ölçü:


Polşanın xarici işlər naziri Zbiqnev Rau ATƏT sədri kimi ilk səfərini Ukraynaya edəcək.

Koordinat.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri mətbuat konfransında deyib: "İlk səfərim Ukraynaya və təbii ki, vəziyyəti yerində araşdırmaq üçün ölkənin şərqinə olacaq".

Rau bildirib ki, səfərin məqsədi münaqişədən təsirlənən mülki əhalinin vəziyyəti ilə tanış olmaqdır.
13.01.2022 18:55:00
Oxuma sayı: 215