Şoyqu: "KTMT qoşunlarını Qazaxıstandan 5 günə çıxaracaq"
Ölçü:


KTMT-nin kollektiv sülhməramlı qüvvələri plana əsasən, yanvarın 19-u Qazaxıstandan çıxarılacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə bildirib: “Sabah biz Ermənistan, Tacikistan, Belarusdakı həmkarlarımızın bütün qüvvələrini 14 təyyarə ilə çıxaracağıq, qırğız həmkarlar yaxınlıqda olduqlarını nəzərə alaraq, quru yol ilə gedəcəklər, sonra beş gün ərzində geri çəkilmə olacaq”.

Rusiyalı nazirin sözlərinə görə, KTMT-nin Qazaxıstandakı sülhməramlıları xüsusi əhəmiyyət kəsb edən 14 obyekti mühafizə altına alıb: "Biz bu günə kimi 14 obyekti, xüsusi əhəmiyyət kəsb edən obyektləri mühafizə altına almışıq. Bunlar rabitə, enerji, dövlətin həyati fəaliyyətinə cavabdeh olan obyektlərdir. Bunlar terrorçular tərəfindən ələ keçirilərsə, ciddi təhlükə yaranacaqdı".

 
13.01.2022 17:28:00
Oxuma sayı: 145