Rusiya qoşunlarını Ukryana sərhədlərindən çəkmək niyyətində deyil
Ölçü:


“Moskva Rusiya qoşunlarının öz ərazisindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil".

Koordinat.az
xəbər verir ki, bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, onlar artıq qoşunların Ukryana sərhədlərindən çəkilməsini deməklə kifayətlənmir, qoşunun kazarmaya qayıtmasını istəyirlər: "ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman mətbuat konfransında məhz bunu açıq-aşkar bildirib. Fikrimcə, bu qətiyyən qəbuledilməzdir. Biz bu məsələni hətta müzakirə belə etməyəcəyik”

Xatırladaq ki, yanvarın 10-da ABŞ-Rusiya, yanvarın 12-də isə NATO-Rusiya Şurasının toplantısı keçirilib. Görüşlərdə Ukrayna ətrafında yaranan vəziyyət müzakirə olunub.
13.01.2022 16:40:00
Oxuma sayı: 216