Üç telekanal prezidentlə müsahibəyə dəvət olunmayıb - SİYAHI
Ölçü:


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

Koordinat.az
xəbər verir ki, dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Prezidentlə müsahibədə 5 yerli telekanalın əməkdaşı iştirak edib. Bunlar “Real” telekanalından Səbinə Ağayeva, CBC telekanalından Elmira Musazadə, İctimai Televiziyadan Murad Hüseynov, ARB24 telekanalından Rasim Şərifov və Azərbaycan Dövlət Televiziyasından (AzTV) Rüfət Həmzəyevdir.

Telejurnalistlərin Prezident İlham Əliyevlə müsahibəsi 3 saat davam edib.

Maraqlıdır ki, ölkə başçısı ilə müsahibədə “Space” TV, Azad Azərbaycan Televiziyası (ATV), “Xəzər” telekanalı iştirak etməyib.
12.01.2022 16:54:00
Oxuma sayı: 334