"Omicron"a qarşı vaksin hazırlanır
Ölçü:

Yeni növ koronavirusun "Omicron" ştamına qarşı təsirli vaksinin mart ayında hazır olması planlaşdırılır.

Koordinat.az
xəbər verir ki, bu barədə ABŞ-ın "Pfizer" şirkətinin icraçı direktoru Albert Burla məlumat yayıb. O qeyd edib ki, şirkət artıq ilk dozaların istehsalına başlayıb.

Albert Burla hazırlanan vaksinin COVID-19-un digər ştamlarına qarşı da effektli olacağını bildirib.


10.01.2022 17:32:00
Oxuma sayı: 400