Daha 547 nəfər koronavirusa yoluxdu
Ölçü:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620049 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb. Onlardan 604537 nəfər müalicə olunaraq sağalıb, 8431 nəfər vəfat edib, aktiv xəstə sayı 7081 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11139, ötən müddət ərzində isə ümumilikdə 5922366 test aparılıb.

 


07.01.2022 16:21:00
Oxuma sayı: 4982