Qazaxıstanın xarici siyasəti ciddi təhdid altındadır
"Qazaxıstanın xarici siyasəti xarici qüvvələr tərəfindən ciddi təhdid altındadır"
Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib. O, qeyd edib ki, Qazaxıstanın bəzi siyasətçiləri bu ölkənin Rusiyaya birləşdirilməsi kimi sərsəm fikirlər səsləndirsə də, bel bir şey mümkün deyil: "Birincisi ona görə ki, Qazaxıstan müstəqilliyini əldə etmiş ölkədir. Rusiya ilə bir qrup birliyi içərisində onsuz da əməkdaşlıq edir. Belə demək olar ki, Qazaxıstan və Rusiyanin daxili və xarici siyasətində heç bir problem yoxdur. Amma Qazaxıstanın xarici siyasəti xarici qüvvələr tərəfindən çox ciddi təhdid altındadır".

Deputat bildirir ki, Qazaxıstan dövlətini qorumaq üçün xalq birləşməlidir: "Əslində KTMT-yə üzv ölkələrin qoşunları bu gün sülhməramlı qismindəd Qazaxıstandadır. Amma buna ehtiyac vardımı, bunu araşdırmaq lazımdır. Ümumilikdə, Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. Qazaxıstanın bu ölkələr qarşısında ciddi öhdəlikləri var. Qazax xalqı SSRİ-nin yenidən bərpa olunmasını istəməz. Əlbəttə ki, Rusiya belə bir şeyi yenidən istəyir və bunun üçün çalışır. Reallıqda isə belə bir şey mümkün deyil. Bəzi siyasətçilər və insanlar bundan istifadə edirlər”.
07.01.2022 14:51:00
Oxuma sayı: 5724