Daha 518 nəfər koronavirusa yoluxdu
Ölçü:


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 604 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 135 nəfər müalicə olunaraq sağalıb, 8 104 nəfər vəfat edib. 19 759 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 510, bu günə qədər isə ümumilikdə 5 683 256 test icra olunub.

 


13.12.2021 16:24:00
Oxuma sayı: 1411