Xocavənddə hərbçimizə hücum - təxribatçı erməni zərərsizləşdirilib
Ölçü:


Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Koordinat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin məlumat yayıb. Bildirilir ki, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

03.12.2021 15:53:00
Oxuma sayı: 137