Soçidə üçtərəfli görüş başladı - Putin tərəfləri yekun sülh müqaviləsi bağlamağa çağırdı
Ölçü:

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Koordinat.az
xəbər verir ki, görüşdə Rusiya prezidenti Vladimir Putin həmkarlarını yekun sülh müqaviləsi bağlamağa hazır olmağa çağırıb: “Son bir ildə Qarabağda vəziyyətin nizamlanması üçün çox işlər görülüb, lakin təəssüf ki, hələ də həll olunmayan məsələlər var. Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır. Dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Bu, inkişaf üçün vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə Qarabağda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul etmək mümkün olacaq. Rusiya, Azərbaycan və Ermənistan əlaqələri məhv etməyə yox, möhkəmləndirməyə çalışmalıdır”.

26.11.2021 17:37:00
Oxuma sayı: 345