Paşinyan Soçi görüşünə nümayəndə heyəti də aparıb
Ölçü:

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edib.

Koordinat.az xəbər verir ki, Soçidə Ermənistan baş nazirinin Rusiya və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşü planlaşdırılır. Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında ayrıca görüş də baş tutacaq.

Nikol Paşinyanla birlikdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və baş nazir aparatının xarici əlaqələr şöbəsinin müdiri Hraçya Taşçyan da Soçiyə gedib.
Ermənistan KİV-lərinin məlumatına görə, erməni media nümayəndələri bu dəfə baş naziri  müşayiət etmirlər.

Ermənistan KİV-ləri yazır ki, Hraçya Taşçyan Nikol Paşinyanın Azərbaycanla danışıqlar aparan nümayəndəsidir.

26.11.2021 12:48:00
Oxuma sayı: 196