“Paşinyan Rusiyadan istifadə etmək istəyir, amma Qərbə yıxılır” - Markov
Ölçü:

"Nikol Paşinyan qərbmeyilli siyasətçidir. O istərdi ki, Ermənistan Rusiyadan istifadə etsin, amma Qərb tərəfə hərəkət etsin".

Koordinat.az
xəbər verir ki, bunu “Report”a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib. Ekspert qeyd edib ki, Ermənistanın Baş naziri Rusiyadan kömək umur, belə ki, rəsmi Moskvanın İrəvana kifayət qədər yardım etmədiyini düşünür: “Bu, Ermənistanda Rusiya əleyhinə nümayişlərin keçirilməsinə səbəb olur. Paşinyan isə digər təşkilatlara üz tutacağı, kömək üçün Fransa, ATƏT, NATO, ABŞ və digərlərinə müraciət edəcəyi ilə şantaj edir”.

Politoloq vurğulayıb ki, Avropa İttifaqı və Fransa Qarabağ məsələsində təşəbbüsü Rusiyanın əlindən almağa çalışır: “Paşinyan bundan Rusiyaya qarşı şantaj aləti kimi istifadə etməyə çalışır, bu səbəbdən dekabrın 15-i Prezident Əliyev ilə Brüsseldə görüşmək istəyir”.

S.Markovun sözlərinə görə, bu, Rusiyanın kəskin narazılığına səbəb olub, belə ki, Paşinyan noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşmək istəmədi, amma Avropa İttifaqının vasitəçiliyi ilə görüşmək istədi: “O, vəziyyəti yumşaltmaq üçün Brüsseldən öncə Azərbaycan və Rusiya liderləri ilə Soçidə görüşür, lakin bu görüş onun üçün məcburi xarakter daşıyır. O, Rusiyanın qəzəbini soyutmağa çalışır”.

Rusiyalı ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün rəsmi İrəvanın diplomatik səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıması tələb olunur.

24.11.2021 18:34:00
Oxuma sayı: 142