Paşinyan Zəngəzurun icma rəhbərlərini topladı
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsinin Qafan, Meğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərlərini, həmçinin Gorus icmasının sədr müavinini qəbul edib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilir ki, baş nazir regionla bağlı məsələləri müzakirə etməzdən əvvəl icmaların yeni seçilmiş rəhbərlərini təbrik edib.

Zəngəzurun problemlərinə toxunan Nikol Paşinyan onların hökumətin gündəlik diqqət mərkəzində olduğunu qeyd edib.

Baş nazir regionda iqtisadiyyatın və nəqliyyatın blokadadan çıxarılması, sərhədlərin demarkasiyası və delimitasiyası imkanlarına da toxunub.

24.11.2021 17:55:00
Oxuma sayı: 146