Siyavuş Novruzovdan Qarabağ müharibəsi veteranları arasında ayrı-seçkiliyə etiraz
Ölçü:


Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Siyavuş Novruzov vergi güzəştlərindən danışıb.

Koordinat.az-ın məlumatına görə, deputat vergi güzəştlərinə dair yeni qanun layihəsində İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və qazilərin nəzərdə tutulduguni bildirərək deyib ki, Birinci Qarabağ müharibəsinin şəhid ailələri də bu məsələni soruşur.

Siyavuş Novruzov bu məsələyə aydınlıq gətirilməsini vacib sayıb: “Nəyə görə bu insanlar nəzərdə tutulmur? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən eyni qaydada Birinci və İkinci Qarabağ müharibəsinin şəhid ailələri, əlilləri, qazilərənə sosial ödənişlər edilir, evlə, maşınla təmin olunurlar”.

24.11.2021 12:28:00
Oxuma sayı: 532