Türkiyədə həbsdə olan üç general azadlığa buraxıldı
Ölçü:



Türkiyədə ötən il iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.

Koordinat.az “Report”a istinadən xəbər verir ki, bunlar briqada generalları Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğludur.

Generalların həbsdən azad edilməsi haqqında qərar Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsinin noyabrın 15-də keçirilən iclasında çıxarılıb.
15.11.2017 18:00:00
Oxuma sayı: 695