Təhsil naziri: " Ayrı-ayrı fənlərin tədrisi köhnəlmiş sistemdir, layihə əsasında öyrənməyə keçməliyik"
Ölçü:


"Ayrı-ayrı fənlərin tədrisi müəyyən mənada köhnəlmiş sistemdir".

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika forumunda çıxışı zamanı təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, ümumi təhsilin əsas məqsədi hər bir vətəndaşın önəmli bildiyi dəyərlərin aşılanmasına xidmət etməlidir: “Bunlara nümunə olaraq Vətən, torpaq anlayışlarının aşılanmasını göstərə bilərik. İstər dərs yükü, istərsə məzmunun mahiyyəti özündə elmi tədqiqatları ehtiva edən məsələdir. Ayrı-ayrı fənlərin tədrisi müəyyən mənada köhnəlmiş sistemdir. Layihə əsasında öyrənməyə keçməliyik. Müxtəlif layihələr çərçivəsində məqsədlərə çatmaq uşaqlara təqdim edə biləcəyimiz əsas məsələdir”.

E.Əmrullayev əlavə edib ki, dərs yükünün azaldılması məsələsi gələcəyə hesablanmalıdır.

Qeyd edək ki, Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir.

18.11.2021 16:38:00
Oxuma sayı: 285