Şəfalı əlləri ilə xəstələrə ümid çırağı olan həkimlər
Ölçü:

Sovet dövrünün belə bir şüarı olub-“Hər seyi kadrlar həll edir. “ Düşünürəm ki, dövrümüz üçün də bu süar öz aktuallığını qoruyub saxlayır. 6-7 il əvvəl xəstəliyimlə  əlaqədar  akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında bir həftə yatıb müalicə olundum. Üzümdə limfa vəziləri ilə bağlı yaranmış sisə, verdiyi qızdırma və güclü ağrıya paytaxtın bir çox tibb müssisələrini gəzməyimə rəğmən, çarə edən tapılmadı və gün kecdikcə vəziyyətim daha da ağırlaşdı.

Həmkarlarımın məsləhəti ilə sözügedən xəstəxananın üz-çənə çərrahlığı şöbəsində  çalışan Həsən həkimə müraciət edəndən sonra dəhşətli ağrılardan qurtula bildim. Lakin xəstəlik irəlilədiyi üçün bir nəçə gün xəstəxanada qalıb müalicəmi davam etdirdim. Lakin ağrılarıma çarə tapılsa da xəstəxanada gördüyüm vəziyyət qətiyyən ürəkaçan deyildi. Baş həkimin səmimiyyət və etibarından sui-istifadə edən müavinlər  xəstəxanada elə bir idarəçilik tətbiq edirdilər ki, baş verənləri kənardan görüb-eşidənlər şoka düşürdü. Həmin günlərdə xəstələrdən eşitdiyim məlumatlara görə,  Klinik Xəstəxanada “bazar qanunları” pik həddə çatmış,hər yerdə  qeyri-qanuni pullu xidmət növü baş alıb gedirdi. Belə ki,  liftə minmək, ayaqyoluna getmək, xəstəni qəbul şöbəsinə çatdırmaq, Kompüter Tomoqrafiya müayinəsindən keçmək, analiz vermək pullu xidmət hesab edilirdi. Xəstəxanada yatdığım müddətdə orda baş verənləri  gözlərimlə görüb dəhşətə gəldim. İnsanların  incidilməsi, qiymətlərin süni şəkildə ikiqat artırılması, əlilin, kimsəsizin, kasıbın xəstəxana künclərində saatlarla gözlədilməsi dözülməz mənzərə yaradırdı.

Bu biabırçılığa şahid olub sonradan tənqidi bir yazı ilə çıxış etdim. Nətbuatda xəstəxana ilə bağlı digər həmkarlarımın da eyni məzmunlu yazıları ilə tanış oldum. Bir neçə ay öncə isə sözügedən xəstəxanada rəhbərliyin yeniləndiyini  eşitdim. Sözün düzü, vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə elə də ümid etmədim. Çünki bir çox sahələrdə kadr dəyişikliyinə rəğmən, situasiyanın olduğu kimi qaldığını, narazılıqların davam etdiyini çox görmüşdüm. Amma tezliklə xəstəxanada məni   əsil möcüzə gözlədiyini ağlıma gətirməmişdim.

 Bir neçə ay idi ki, sağ gözümdə yaranmış pərdə get-gedə qatılaşırdi.  Bu gözüm  demək olar ki, görmürdü.  Poloklinikada məni  müayinə edən oftolmoloq xanım gözümdə katarakda yarandığını və təcili əməliyyat etdirmək lazim gəldiyini , hətta gecikdiyimi söylədi. Tanışlardan biri əməliyyat üçün mənə Respublika klinik xəstəxanasının Oftolmologiya şöbəsində çalışan Rasim Orucov adlı göz həkimini məsləhət gördü. Onun sözlərinə görə, bu həkim əsil möcüzələr yaradır, şəfalı əlləri ilə gözünün işığını itirmiş insanlara yenidən görmək imkanı bəxş edir.

Həhayət, mənə haqqında bəhs edilən həkimlə görüşdüm, gözümü müayinə elədi və o da xeyli gecikdiyimi söylədi. Mənə bildirildi ki,  lazım olan  test və analizlər verəcək, cavablar gələndən sonra bazar ertəsi əməliyyat olunacağam. Həkim tibb bacısına  məni müşayət etməyi tapşırdı. Dəhlizlərdə əvvəlki əsəbi və narazı danışıqlar deyil,  minnətdarlıq ifadə  edən kəlmələr eşitməyim məni sözün yaxşı mənasında təəccübləndirdi.  Kardiolaq ürəyimi yoxladı, bir neçə analizdən keçdim, sonda koronavirusla bağlı test verdim.  Heç yerdə məndən hansısa ödəmə tələb edilmədi. Həkimlərin, tibb bacılarının  qayğıkeşliyi, mehribanlığı da diqqətimdən yayınmadı.

Rentgen otağının qarşısında bir qədər növbə gözləməli oldum. Yanımda vətən müharibəsi iştirakçısı olan iki gənc qazi vardı və onların söhbətlərindən başa düşdüm ki, yaralı vaxtı bu xəstəxabada müalicə olunublar və indi də müayinə olunmaq üçün bura gəliblər. Peşəmdən irəli gələn maraqla onlarla tanış olmaq və haqlarında öyrənmək istədim. Gənclərdən biri dərhal anladı ki, jurnalistəm və onlardan deyil, xəstəxana personalının 44 gün ərzində necə fədakarlıqlar göstərdiyindən, gecə- gündüz bilmədən onların sağalması üçün hansı əziyyətlərə qatlaşdıqlarından,  hətta evlərinə belə getmədən onlara qulluq etmək üçün növbəyə dayandıqlarından yazmağımı istədi.  Adlarını demək istəməyən gənclər “Bizdən çox yazıblar, siz isə kölgədə qalan bu qəhrəmanları xalqa tanıdın” deyə söylədilər. Mənim maraqlandığımı görən keçmiş döyüşcü həmin günlərin mənzərəsini gözlərim önünə sərməyə tələsdi: ”Biz o vaxt ikimiz də Fizuli şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanmışdıq. Hərbi qospitallar yaralılarla dolduğu üçün bizi bu xəstəxanaya gətirdilər.  Xəstəxananın bütün şöbələrində hərbçilər müalicə olunurdu. Bizi oftolmologiya şöbəsinə yerləşdirdirdilər. Söbənin bütün əməkdaşları həmin o günlər yaralı hərbçilərə görə ayaqda idi. Evlərindən qazan -qazan yemək daşıyıb öz əlləri ilə bizə yedirirdilər. Həmin günlərdə kimin həkim, kimin tibb bacısı, kimin sanitar olduğu bilinmirdi. Sanki onların hamısını insanlıq testindən keçirib işə götürmüşdülər. Şöbənin rəhbəri Leyla Babayeva hər gün bizimlə maraqlanır, öz hesabına  tez sağalmağımız üçün bahalı və tapılmayan dərmanlar alıb gətirirdi.  Baş tibb bacısı  Hafizə Talıbova, tibb bacıları Mehriban Dadaşova, Raziyə Dadaşova, Kəmalə Vəliyeva,  Alidə İsmayılova, Səfərova Sevinc, Lətifova Səbinə, Kazımli Sevinc, Ramazanlı Konul, Raziyə Zeynalova, sanitarlar Əmirəhmədova Nisəxanim,  Həsənova Gülnarə, Səbzəliyeva Şəhla, bizə yorulmadan  qulluq edən bufetçilər Şəfiqə Quliyeva,  Naibə Əliyevə və digərlərinin üzərimizdəki əməyini unuda bilmərik.  Hamı bir nəfər kimi kömək çağırışlarına tələsir, təkcə tibb bacıları və sanitarlar  deyil, həkimlər belə ən ağır yaralılara öz balası kimi qulluq edirdilər. Onlar ayaqlarımızı yuyur, alıb gətirdikləri təzə corabları bizə geyindirir, ləyəndə su gətirib başımızı yuyurdular. Bir çoxu yaralıların qanını təmizləyərkən göz yaşlarını saxlaya bilmir, övladları cəbhədə olan analar əsgərlərin yarasını öpüb sarıyırdılar. Meyvə alıb gətirən kim, evindən kampot gətirib  yaralılara icirdən kim, bazardan təmiz bal alıb qan itirən yaralılar üçün şərbət hazırlayan kim, cəbhədən gələn qələbə müjdəli xəbərlərə sevinib əsgərlərə qoşulub oynayan kim...”

 Lerikdən olan digər qazi də söhbətə qoşulub ürək sözlərini çatdırdı:” Xanım, 44 günlük Vətən müharibəsi nəticəsində təkcə torpaqlarımız qayıtmadı, zədələnmiş qürur və şərəfimiz  də sağaldı, ən başlıcası isə olkə rəhbərinin misilsiz sərkərdəlik bacarığı, xalqımızın isə milli-mənəvi , hec bir millətdə görünməyən əzəmətli fədakarlıq qabilyyəti üzə çıxdı. Bilirsiniz, biz çox xöşbəxt xalqıq ki, İlham Əıiyev kimi Ali Baş komandanımız var. Cənab Prezidentimiz də xöşbəxt insandır ki, Azərbaycanlıların lideridir və  misli olmayan  belə bir xalqa rəhbərlik edir. Dünyanın heç bir ölkəsində bizim insanlar kimi fədakar, tikəsini bölməyə hazır, rəhmli qəlbə sahib  və yenilməz xalq yoxdur. Buna mən bir 44 günlük müharibədə və burda müalicə aldığım  bir  ay ərzində  bir daha əmin oldum. “ Vətən müharibəsinin qəhrəman qazilərinin söhbəti məni çox mütəəssir etdi. İki gün bu söhbətin təsirindən çıxa bilmədim. Xəstəxana işçilərinin  fədakarlıqları, mənəvi ucalıqları barədə çox düşündüm və özümə soz verdim ki, onların kölgədə qalan bu qəhrəmanlıqlarından mütləq yazacağam.

Bazar günü isə  mən xəstəxanaya gəlib qan və digər analizləri də verdim. Həkim mənimlə və digər əməliyyat olunacaq iki yaşlı xəstəylə söhbət elədi. Mənim qanımın az olması onu narahat edirdi. Tibb bacılarına tapşırdı ki, palatada mənə yer düzəltsinlər. Mənə qan artıran  bir necə iynə və dərman təyin etdi. Növbətçi tibb bacısı Alidə İsmayılova palataları gəzərək xəstələrə iynə vurur, dərmanlarını çatdırırdı. Mənə də iynə vurdu və bir neçə həb verdi. Onun xoş siması, şəfqətli əlləri və qayğıkeşliyi insanı istər-istəməz duyğulandırırdı. Bazar ertəsi gün mənimlə birgə  əməliyyat olunacaq iki xəstə ilə növbəmizi gözlərkən bir qədər söhbət elədik.  Onlardan biri 83 yaşlı Vladimir, digəri 1959-cu ildən Pedaqoji unuverstetdə idman müəllimi işləmiş 85 yaşı qoca idi. Onların hər ikisi xəstəxanadakı mövcud vəziyyətdən, tibbi pesonaldan və bizi əməliyyat edən oftolmoloq Rasim Orucovdan olduqca razılıq etdilər. Rasim həkim mənim qanazlığıma və gec gəldiyimə görə ciddi naraharlıq keçirsə də əməliyyat gözlədiyindən də uğurlu keçdi.

Cəmi iki-üç  həftə əvvəl hətta eynəklə belə yazılanları görməkdə çətinlik çəksəm də artıq bu gün kompüterdə eynəksiz yazıb oxuya bilirəm. Gözümün ziyasını mənə qaytardığına görə həkim  Rasim Orucova, iki gün ərzində şəfqət və qayğısını xəstələrdən əsirgəmədiyinə görə isə başda Leyla xanım Babayeva olmaqla oftolmologiya şobəsinin bütün gülərüz və mehriban kollektivinə özüm və ailəm adından minnətdarlığımı bildirir, onlara işlərində və şəxsi həyatlarında uğurlar diləyirəm.

Nazilə Atakişiyeva
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
17.11.2021 12:42:00
Oxuma sayı: 348