Koronavirusa yoluxma azalır
Ölçü:

Ölkədə pandemiya ilə bağlı vəziyyət qənaətbəxşdir.

Koordinat.az
xəbər verir ki, bunu səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib. Onun sözlərinə görə, vəziyyət getdikcə daha da stabilləşir: "Artıq bu ilin yanvar ayından vaksinasiya kampaniyası uğurla həyata keçirilir. Məqsəd qrupunun 60 faizdən çoxu hər iki dozanı qəbul edib. İkinci dozadan 6 ay keçmiş insanları buster dozanı almağa dəvət edirik. Orada heç bir sıxıntı yoxdur. Bununla əlaqədar deyə bilərəm ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyət stabildir. Get-gedə də vəziyyət stabilləşməyə doğru getməlidir. Təbii ki, əfsuslar olsun ki, virus daim mutasiyaya uğrayır, yeni ştammlar yaranır. Beynəlxalq əlaqələr, insanların gediş-gəlişi ilə əlaqədar da yeni ştammlar yayılır. Buna baxmayaraq vaksinasiyanın uğurla həyata keçirilməsi və əhalinin mühüm hissəsinin vaksin qəbul etməsi onu deməyə əsas verir ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyət qənaətbəxşdir".

16.11.2021 14:06:00
Oxuma sayı: 342