Türkdilli dövlətlərin hansı daha çox varlıdır
Ölçü:


"Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən Türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirirlər".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. O, qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar: "Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistanla oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək".

Vüqar Bayramov deyib ki, ötən Zirvə görüşündə Zəngəzurun türk dünyasının birləşməsi yolunda mühüm rol oynayacağı müzakirə olunmuşdu. İndi isə regionda düzən dəyişib və artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq”.

Deputat qeyd edib ki, Türkiyə 761.4 milyard, Qazaxıstan 181.7 milyard, Özbəkistan 57.9 miyard, Azərbaycan 48 milyard, Türkmənistan 48 milyard və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər: Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
12.11.2021 10:47:00
Oxuma sayı: 457