Daha 1876 nəfər koronavirusa yoluxdu
Ölçü:


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1876 yeni yoluxma faktı qeydə alınıb, 2248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ölkədə ümumilikdə 552322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513648 nəfər müalicə olunaraq sağalıb, 7342 nəfər vəfat edib, aktiv xəstə sayı 31332 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 615, ötən müddət ərzində isə ümumilikdə 5309867 test aparılıb.
10.11.2021 16:42:00
Oxuma sayı: 482