Buraxılış imtahanlarının proqramları noyabrda dərc ediləcək
Ölçü:


“Buraxılış imtahanlarının proqramları noyabrın sonunda dərc ediləcək. Ola bilsin hansısa mövzular əlavə olsun, hansısa çıxarılsın”.

Koordinat.az
-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, hər il DİM tərəfindən orta məktəb dərsliklərinin monitorinqi keçirilir: “Yeni dərslikdən sualları imtahana salmaq ixtiyarımız yoxdur. Biz proqramı yazanda baxırıq ki, həmin ilin məzunlarına hansı tələblər, hansı standartlar var. Əvvəlki standartlarda oxuyan şagirdlərə yeni standartlarla bağlı sual sala bilmərik. Məsələn, kurrikulum 2009-da qəbul olmuşdu, yalnız 2019-cu ildə artıq həmin proqramla oxuyan şagirdlər XI sinfi bitirəndə biz bu standartla bağlı sualları tətbiq etdik. Baxmayaraq ki, 2012-ci ildən şagirdlərin kompitensiyalarının tələblərə uyğun olub-olmadığı ilə bağlı monitorinq imtahanları keçirirdik. Hər il I-XI siniflər üzrə istifadədə olan dərsliklərin monitorinqi aparılandan sonra qəbul proqramı elan edilir”.

28.10.2021 12:55:00
Oxuma sayı: 834