Qəbul imtahanların vaxtı yanvarda elan olunacaq
Ölçü:

“İmtahanların vaxt cədvəl iki il ərzində bizdən asılı olmayan səbəblərdən bir neçə dəfə dəyişilib. Bu cədvəl hazırlananda sınaq imtahanları üçün də zaman ayrılır. Amma bazar gününə məhdudiyyət qoyulanda bizim imtahan keçirmək imkanımız olmur. Ona görə bazar günü hansı imtahanı keçirməyi düşünəndə sınaq imtahanlarını çıxarıb qəbul imtahanını saxlayırıq”.

Koordinat.az
-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, gələn ilin yanvar ayından imtahanların vaxt cədvəli ictimaiyyətə təqdim ediləcək: “Yenə də bu cədvəldə hansısa dəyişiklik olsa, bu, bizdən asılı olmayacaq. Ümumi epidemioloji vəziyyət imkan versə, sınaq və qəbul imtahanlarının həm yaz, həm də yay sessiyası aparılacaq”.

28.10.2021 12:41:00
Oxuma sayı: 830