Qarabağın azad olunma tarixi də imtahanlara salınacaq
Ölçü:


Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq. Belə ki, ərazilərin tək işğal tarixi yox, azad olunması tarixləri də imtahan məzmununda əks olunacaq.

Koordinat.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O qeyd edib ki, bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan keçiriləcək: “Noyabr ayında yeni blok imtahanları keçiriləcək. Yeni proqramlar müzakirə olunub, dərsliklər üzərində monitorinq aparılıb. Yeni proqram dərc edildikdən sonra bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından sınaq imtahanları keçiriləcək”.

27.10.2021 12:39:00
Oxuma sayı: 853