Rusiya NATO ilə bütün əlaqələri kəsdi
Ölçü:


Rusiya ilə Qərb arasında gərginlik davam edir.

Koordinat.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, NATO yanında Rusiyanın daimi nümayəndəliyi fəaliyyətini dayandırıb. Xarici işlər naziri Sergey Lavrov deyib ki, qərarın noyabrın 1-dən qüvvəyə minəcək: “NATO Rusiya ilə əlaqə saxlamaq üçün Belçikadakı səfirliyimizə müraciət edə bilər”.

Eyni zamanda, NATO-nun Moskvada yerləşən informasiya bürosu və hərbi missiyası da fəaliyyətini dayandıracaq.

18.10.2021 15:31:00
Oxuma sayı: 156