İrəvan-Naxçıvan-Bakı yolunun üzərində yerləşən Arazdəyən kəndindən FOTOLAR
Ölçü:

Son günlər mətbuatda adı tez-tez çəkilən Qərbi Azərbaycanın Vedibasar mahalının Arazdəyən kəndi ətrafındakı vəziyyət erməniləri ciddi narahat edir.

Koordinat.az xəbər verir ki,Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür və burada atəşkəs tez-tez pozulur.
 Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir. Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb. Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub.

Tarixi mənbələrə görə, kənddə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonra ora az sayda ermənilər də köçüb gəliblər. Daha dəqiqi, ermənilər bura 1897-ci ildə köçürülüb. Sonuncu deportasiya zamanı – 1988-ci ildə azərbaycanlılar kənddən didərgin salınıb.

Son məlumatlara görə, hazırda Arazdəyəndə 900 nəfərə yaxın erməni yaşayır.

Bu kəndi Sədərək rayonundan Vəlidağ deyilən dağın yaratdığı və Qurd ağzı adlanan dar keçid ayırır. İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyən kəndindən keçir.

Kəndin başının üstündəki postda Azərbaycanın üçrəngli bayrağının dalğalanması erməniləri daim təşviş içində saxlayır.
18.10.2021 11:13:00
Oxuma sayı: 286