İranın Baş Qərargah rəisi Moskvaya gedir
Ölçü:


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri Rusiyaya səfər edəcək.

Koordinat.az
xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyinin hərbi attaşesi Rza Xosravi Mokadam bildirib. O, Bakerinin Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən dəvət edildiyini bildirib.

Məlumata görə, İranın Baş Qərargah rəisi Rusiya rəsmiləri ilə hərbi sahədə əməkdaşlığın inkişafı, terrorizmə qarşı mübarizə, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.

 
16.10.2021 10:09:00
Oxuma sayı: 839