ABŞ-ın müdafiə naziri Ukrayna və Gürcüstanda görüşlərə başlayır
Ölçü:


ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin Ukraynaya səfəri çərçivəsində bu ölkənin prezidenti Volodimir Zelenski və müdafiə naziri Andrey Taranla görüşəcək.

Koordinat.az
xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayb. Məlumata görə, Pentaqon rəhbərinin Gürcüstana səfəri zamanı baş nazir İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşü planlaşdırılır.

Pentaqon bildirib ki, səfər Ukraynanın Avroatlantik istəklərini dəstəkləmək üçün lazım olan islahatları həyata keçirməkdə əldə etdiyi uğurları müzakirə etmək üçün fürsət olacaq.
16.10.2021 09:47:00
Oxuma sayı: 204