Dəhşətli qəzaya səbəb olan "Mersedes"in sürücü saxlanıldı
Ölçü:

Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən qəzaya səbəb olan şəxs saxlanılıb.

Koordinat.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. O, saxlanılan şəxs 2002-ci il təvəllüdlü Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında "Suraxanı dairəsi"ndə baş verib. Məlumata görə, qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

13.10.2021 10:14:00
Oxuma sayı: 143