Qəzaya düşən sərnişin avtobusu aşıb - FOTO
Ölçü:

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində qəzaya düşən nəqliyyat vasitəsindən biri sərnişin avtobusudur.

Koordinat.az xəbər verir ki, yük avtomobili ilə toqquşan və 21 nəfərin yaralanması, 5 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra sərnişin avtobusu zərbənin təsirindən yolun kənarına aşıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markakı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb: "İlkin məlumata görə hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb".
13.10.2021 09:55:00
Oxuma sayı: 141