Dəhşətli qəza ilə bağlı cinayət işi açıldı
Ölçü:

əbəb
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol nəqliyyat hadisəsilə bağlı cinayət işi açılıb.

Koordinat.az
xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə s olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib. Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

13.10.2021 09:43:00
Oxuma sayı: 140