Avropa Birliyi Bakı ilə Yerevan arasında vasitəçi olmağa hazırdır
Ölçü:


Avropa Birliyinin Ermənistandakı nümayəndəsi Andrea Viktorin maraqlı açıqlama ilə çıxış edib.

Koordinat.az
xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Viktorin Bakı ilə Yerevan arasında vasitəçi olmağa hazır olduğunu deyib: “Əgər Ermənistanla Azərbaycan istəsələr Avropa Birliyi iki tərəf arasında danışıqlarda vasitəçi olmağa hazırdı. Proses isə ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilməlidir. Əgər Azərbaycanla Ermənistan razılıq verərsə, delimitasiya və demarkasiya prosesinə də dəstək verə bilərik”.

12.10.2021 14:27:00
Oxuma sayı: 158