Serjik Sarkisyana qarşı yeni cinayət işi açıldı
Ölçü:


Ermənistanın eks-prezidenti Serjik Sarkisyana qarşı yeni cinayət işi açılıb.

Koordinat.az
xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti 2008-2018-ci illərdə Sarkisyanın prezident təyyarəsində lüzumsuz olaraq dəfələrlə Almaniyanın Baden-Baden şəhərinə səfər etdiyi müəyyən olunub. Faktla bağlı cinayət məcəlləsinin 308.2 maddəsi ilə iş açılıb.

Xatırladaq ki, ölkə müxalifəti Serjik Sarkisyanın Baden-Badendə qumar oyunları zamanı 100 milyon dollardan artıq vəsait uduzduğunu iddia edir.
12.10.2021 12:11:00
Oxuma sayı: 158