Ərdoğan Baydenlə görüşəcək: Qarabağ məsələsi diqqət mərkəzində
Ölçü:


“ABŞ-la geniş əlaqələrimiz var”.

Koordinat.az
xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib. O, Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Cozef Baydeninin “G-20” liderlərinin İtaliyada keçiriləcək zirvə toplantısı çərçivəsində görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı da cavablandırıb: “ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.

12.10.2021 09:45:00
Oxuma sayı: 164