Energetika Nazirliyində üç nəfər vəzifədən azad edilib
Ölçü:


Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib.

Koordinat.az xəbər APA-nın yaydığı məlumata görə, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb. Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.

Hələlik onların yerinə təyinat aparılmayıb. Hər üç şəxsin vəzifədən azad edilməsi Pərviz Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir.
15.11.2017 16:23:00
Oxuma sayı: 1524