Eyni şəxsiin Bakı və Yerevana səfir təyin edilməsi bəyənilmədi
Ölçü:


Qırğızıstan parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Tazabek İkramov qalmaqallı təkliflə çıxış edib.

Koordinat.az xəbər verir ki, o, komitənin iclasında Xarici İşlər Nazirliyinin Rusiyada səfir olan Gülnara Kara-Samatın eyni zamanda, Ermənistana səfir təyin edilməsi təklifinə qarşı çıxıb: “Siz Rusiyadakı səfirin Ermənistanı da kurasiya etməsini təklif edirsiniz. Amma Rusiya böyük ölkədir. Bizim oradakı səfirliyin işi çoxdur. Ermənistanın kurasiyasını gərək Azərbaycandakı səfirə həvalə edərdik. Orada vətəndaşlarımız çox azdır. Nəyə görə siz, işi başından aşan Rusiya səfirliyinin işini artırısınız?”

XİN başçısının müavini Nuran Niyazəliyev Cənubi Qafqazda yeganə səfirliyin Azərbaycanda olduğunu xatırladıb. O, rəsmi Bakının Azərbaycandakı səfirin həm də Ermənistanın kurasiyasını aparmasına razı olmayacağını söyləyib.

Sonda XİN-in təklifi yekdilliklə qəbul olunub.

20.09.2021 17:10:00
Oxuma sayı: 116