Eldar Həsənov ittihamları qəbul etmir
Ölçü:


Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Koordinat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Eldar Həsənov ifadə verib. O, ittihamlarla razı olmadığını bildirib.

Daha sonra təqsirləndirilən şəxs bir daha səhhəti ilə bağlı məlumat verib.

Vəkil Cavad Cavadov vəsatət qaldırıb. O, E.Həsənovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Prosesdə fasilə elan olunub.

17.09.2021 11:44:00
Oxuma sayı: 484