Ermənistan müşahidəçi, Azərbaycan partnyor...
Ölçü:

Bu gün Tacikistan paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının yaranmasının 20 illiyinə həsr olunmuş sammit keçirilir.

Koordinat.az
xəbər verir ki, təşkilatın əsas məqsədi Avrasiya məkanında təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və energetik əməkdaşlıqdır. Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistandır.
İran, Belarus, Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Ermənistan, Türkiyə, Azərbaycan və bir sıra digər ölkələr isə dialoq üzrə partnyorlar sayılır.

 

17.09.2021 11:29:00
Oxuma sayı: 203